9 C
Baku
Thursday, December 12, 2024

Prezident Bahar Muradovanı komitə sədri təyin etdi

Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 12 mart 2020-ci il tarixli sərəcamında deyilir.

Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub.

1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universiteti nin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə “Qayğı” Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.

Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir.

1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib.

1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 1999-cu ildən partiyanın icra katibinin müavinidir.

II 2000 və III 2005 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2010-cu il noyabrın 7-də 84 saylı Füzuli seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

2010-cu ilin dekabrında “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının keçirdiyi rəy sorğusunun nəticələrinə görə Bahar Muradova “Gənclərin Dostu” elan edilib.[4]

2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuşdur.

09 fevral 2020-ci il tarixində keçirilən Parlament seçkilərində üzv olduğu partiya (YAP) tərəfindən onun namizədliyi irəli sürülməmişdi.

Ailəlidir, bir qızı var.

Son xəbərlər
Digər xəbərlər