Azərbaycan Prezidenti Pakistan Baş naziri Şahbaz Şəriflə ticari-iqtisadi əlaqələrin canlandırılmasını müzakirə etdiyini vurğulayıb.
rezident İlham Əliyev bu barədə noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
“Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə, nə üçün onu başqalarından almalıyıq?”, – dövlət başçısı qeyd edib.