18 C
Baku
Thursday, April 25, 2024

Prezident bu işi “Azərbaycan İnvestisiya Şirkəti”nə həvalə etdi

Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin yaradılmasına dair Prezident İlham Əliyev sərəncam imzalayıb.

Kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılması sərəncamı verilib. Bildirilir ki, Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunur.

Nazirlər Kabinetinə tapşırılır ki, Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün Hacıqabul rayonu ərazisində 20 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Eləccədə İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün, Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi və istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər