26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Prezident bu rayonun icra başçısını vəzifədən azad etdi

Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mehdi İldırım oğlu Səlimzadə 1955-ci ilin fevral ayının 12-də anadan olub. 1977-ci ildə Azərbaycan Tibb Universitetini, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakultəsini, 2010-cu ildə isə Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert kimi çalışıb.

2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004- cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib.

2004-2016-cı illərdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.

Bələdiyyə sisteminin inkişafına həsr olunan onlarca elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.

2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalıyla təltif eidlib.

2012-ci ildən Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamıyla   III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

10 iyun 2016-cı il tarxili Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Son xəbərlər
Oxşar xəbərlər