Prezident cavan kadrı Fonda Baş icraçı direktor təyin etdi

0

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilsin”, deyə sərəncamda deyilir.

Haqqında

26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub.

1985-1995-ci illərdə Baki şəhəri 236 saylı orta məktəbdə oxumuş və oranı bitirmişdir.
1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olmuş və 1999-cu ildə oranı bitirmişdir.

1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirmirmişdir.

2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur.

2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlamışdır.

2010-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında tam ştat müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-ci ildən isə dosent vəzifəsində çalışır.

M.N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.