Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gedib.
Banker.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi internet səhifəsi məlumat yayıb.
Pekin şəhərinin beynəlxalq aeroportunda Prezident Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısı Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşıladılar.