Banker.azın Rabitə və Yüksək texnalogiyalar nazirliyindən aldığı informasiyaya görə, məlumat təstiqini tapmadı.
Qeyd edək ki, bir neçə dəqiqə əvvəl mediyada xəbər yayılmışdırki Əli Abbasov işdən azad edilib.
Azərbaycanda daha bir yüksək çinli məmur vəzifəsindən azad olunub. Bu dəqiqələrdə “Qafqazinfo”ya daxil olan məlumata görə, prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad olunub. Yaxın saatlarda sərəncamın rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Məlumatlara görə, prezidentin nazir Əli Abbasovu işdən çıxarması son günlər aparılan təmizləmə işinin tərkib hissəsidir.
Qeyd edək ki, iki gün əvvəl nazirliyin aparat rəhbəri Vidadi Zeynalov vəzifəsindən azad olunaraq həbs edilib. Həmçinin nazirliyin tabeçiliyində olan BTRİB-in rəhbəri Beytulla Hüseynov da işdən çıxarılaraq həbs olunub. Hər iki yüksək vəzifəli şəxsin Eldar Mahmudov çetesinin üzvü olduğu aşkarlanıb.
Bildirilir ki, nazir Əli Abbasovun tabeliyində olan yüksək vəzifəli şəxslərin bu əməllərindən xəbərsizliyi onun vəzifəsinin öhdəsindən gələ bilməməsi kimi qiymətləndirilib.
Xatırladaq ki, Əli Abbasov nazir postuna 2004-cü ildə təyin olunub.
Comments are closed.