26 C
Baku
Saturday, July 27, 2024

Prezident “Diqlas”da baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, 2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Sərəncama əsasən, Nazirlər Kabineti “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmalı, görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər