10 C
Baku
Thursday, December 12, 2024

Prezident “Diqlas”dakı yanğını nəzarətə götürdü

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.

Bu barədə Prezident Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetnə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov bildirib.

Yanğından zərərçəkənlərlə görüşən PA rəsmisi vurğulayıb ki, kompensasiyanın verilməsi ölkə başçısının şəxsi təşəbbüsüdür:

“”Diqlas”da baş verən yanğınla əlaqədar komissiya yaradılacaq. Bu məqsədlə zərərçəkənlərin də iştirakı ilə yanğın yerinə baxış keçiriləcək. Müəyyən ediləcək ki, kimə nə qədər zərər dəyib. Bu iş obyektiv şəkildə, halallıqla olmalıdır. Unutmayın ki, məsələ prezidentin diqqət mərkəzindədir və prezident verdiyi sözə hər zaman əməl edir”.

Son xəbərlər
Digər xəbərlər