Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2018-ci il 22 may tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman imzalayıb. 

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.0.8-ci yarımbənddə “və hava gəmiləri tərəfindən ətraf mühitin mühafizəsinin” sözləri “, habelə mülki hava gəmilərinin ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğunun” sözləri ilə əvəz edilsin;
1.2. 3.0.18-ci yarımbənddə “aviasiya administrasiyaları” sözləri “aidiyyəti qurumları” sözləri ilə, “milli qayda, norma və prosedurlara” sözləri “yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə” sözləri ilə əvəz edilsin;
1.3. 3.0.21-ci yarımbənddə “vertodromların” sözü “helikopter meydançalarının” sözləri ilə əvəz edilsin;
1.4. 3.0.24-cü yarımbənddə “aviasiya aerodromları” sözləri “hava limanları (aerodromları)” sözləri ilə əvəz edilsin;
1.5. 4.0.5-ci yarımbənddə “şirkətləri” sözü “təşkilatları” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.0.8-ci yarımbənddə “müvafiq sahədə milli qayda, norma və prosedurlara” sözləri “mülki aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 3.0.13-1-ci və 3.0.14-1-ci yarımbəndlər əlavə edilsin:
“3.0.13-1. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək;”:
“3.0.14-1. aviasiya hadisələrinin monitorinqinin, onlara nəzarətin həyata keçirilməsi və onların qarşısının alınması məqsədilə uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə məlumatların avtomatlaşdırılmış qaydada toplanması və təhlili sistemini təsdiq, eləcə də tətbiq etmək;”;
2.3. 3.0.17–3.0.19-cu və 3.0.24-cü yarımbəndlərdə “vertodromların” sözü “helikopter meydançalarının” sözləri ilə əvəz edilsin;
2.4. 3.0.20-ci yarımbənddə “hava nəqliyyatı istismarçılarının sertifikatlarının və” sözləri “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə” sözləri ilə əvəz edilsin;
2.5. 3.0.22-ci yarımbənddə “müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilsin;
2.6. 4.0.15-ci yarımbənddə “elmi təşkilatları, şirkətləri” sözləri “elmi və kommersiya təşkilatlarını” sözləri ilə əvəz edilsin


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları