27 C
Baku
Saturday, July 27, 2024

Prezident, Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibini təsdiqlədi – SİYAHI

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir,

1. Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri.

2. “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli 3694 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 297) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2021-ci il

Son xəbərlər
Digər xəbərlər