26 C
Baku
Wednesday, July 17, 2024

Prezident Dövlət Xidmətinin bu səlahiyyətini ləğv edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri ləğv edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Fərmana görə, 3.0.14.-cü yarım bənd ləğv edilib. Bu bənd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin obyektlərinin və digər əsas fondlarının bərpasına, tikintisinə və təmirinə dair dövlət sifarişlərinin hazırlanmasında iştirak etmək, texniki təchizat vasitələrinin yeniləşdirilməsi işlərini həyata keçirmək səlahiyyəti idi.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti  mədəni irsin qorunması, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır

 

Son xəbərlər
Digər xəbərlər