11 C
Baku
Tuesday, November 26, 2024

Prezident Dövlət Arxiv Fondu ilə bağlı fərman imzalayıb

Dövlət Arxiv Fondunun xüsusi hissəsinə nəzarət qaydası müəyyənləşib.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər