İşğaldan azad edilmiş ərazilərdə yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı müvəqqəti olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət də qaldıracaq.