Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Rövşən Məmmədov 1979-cu ildə Ağstafada anadan olub. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Banker.az-dan oxu: Nazirlərimiz harada təhsil alıblar? – ARAŞDIRMA
Rövşən Məmmədov AzTV-dən əvvəl, “Lider TV” və İctimai TV-də çalışıb. O, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müəllim olaraq da fəaliyyət göstərib, Bir neçə dərsliyin müəllifidir.
Uzun illər Lider Televiziyasında çalışan R. Məmmədov fəaliyyətinə idman müxbiri kimi başlayıb. Daha sonra reportyor və idman şərhçisi kimi çalışıb. 2010-cu ildə həmin TV-nin İdman redaksiyasının rəhbəri olub.
Oxşar yazı: Şəhər və rayonların icra başçıları: Doğulduğu yer, tarix və vəzifəsinin icrasına başladığı il (SİYAHI)
Rövşən Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də “Günün nəbzi”, “Əsas Məsələ” və “Həftə” verilişlərini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub . 15 yanvar 2019-cu ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlamışdır