13 C
Baku
Sunday, November 27, 2022

Prezident: Ermənistan Şuşa, Laçın və Kəlbəcərdə qanunsuz məskunlaşdırma siyasəti aparıb

Ermənistanın işğal altındakı bəzi rayonlarda tikililəri tam dağıtmamasının səbəbi həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti olub.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib.

“Siz burada, Ağdamda, Qarabağ ərazisindəki hər bir kəndin dağıdıldığını görə bilərsiniz. Mən bilirəm ki, bizim qonaqlarımız bura yeni tikilmiş Füzuli Hava Limanı vasitəsilə gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bircə bina da qalmayıb. Cəbrayıl, Qubadlı, Zəngilan da həmçinin. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən də Kəlbəcərdir. Amma bunun səbəbi o idi ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan ermənilərin işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırılmasını həyata keçirirdi”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır.

Qeyd edək ki, Prezidentin çıxışı BMT resursunda da canlı yayımlanır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X