Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2018-ci il 29 avqust tarixli 444 nömrəli Sərəncamının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Müşahidə Şurasının sədri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
“Azərbaycan Tələbə Gənclər Təşkilatları” İttifaqının sədri
Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü
“Azərbaycanlı Tələbələr və Məzunlar Platforması”nın İdarə Heyətinin üzvü.”.
2. “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 444 nömrəli Sərəncamı ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri 7 iyun 2022-ci il