Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu barədə Banker.az-a məlumat Prezidentin mətbuat komitəsindən məlumat daxil olub.
Nazirliyin Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi verilməsi sərəncamını verib. Qeyd edək ki, Salayevə Akademyanın rəisi vəzifəsi ötən ayın əvvəlində tapşırılmışdı.
Bundan əlavə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.