17 C
Baku
Monday, April 29, 2024

Prezident Gənclər və İdman Nazirliyi ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Banker.az xəbər verir ki, Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “aparatının işçilərinin say həddinin” sözləri “işçilərinin ümumi say tərkibinin” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissəyə “vahidi” sözündən sonra “, Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələrin işçilərinin say həddi 435 ştat vahidi” sözləri əlavə edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.3.1. 8.23-cü yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “açıqlanmasını” sözü “təşviqini” sözü ilə əvəz edilsin;

1.3.2. 11-ci bəndin birinci cümləsində “aparatının işçilərinin say həddinin” sözləri “işçilərinin ümumi say tərkibinin” sözləri ilə əvəz edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu”nun 2-ci hissəsində “Respublikasının” sözü “Respublikası Gənclər və İdman Nazirliyinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər