6 C
Baku
Sunday, December 15, 2024

Prezident: “Heç bir ölkə sülhməramlılarını bizim icazəmiz olmadan torpağımıza göndərə bilməz”

“Hər şeydən əvvəl bildirim ki, sülhməramlıların tərkibi və bölgəyə göndərilməsi hər iki ölkənin, Ermənistanın və Azərbaycanın təsdiqinə əsaslanmalıdır. Hansı ölkələr orada tapılacaq? Hər hansı bir ölkə etiraz edərsə, təbii ki, bu olmaz. İkinci məsələ budur ki, sülhməramlı qüvvələrdən danışarkən Azərbaycan torpaqları risk altındadır – hamı bunu anlamalıdır. Müstəqil Azərbaycan torpaqları sual altındadır. Və heç bir ölkə sülhməramlılarını bizim icazəmiz olmadan torpağımıza göndərə bilməz.”

Banker.az xəbər verir ki, İlham Əliyev bu barədə “Haber Türk”ə müsahibəsində bildirib.

“Bu, beynəlxalq hüquqa və qanuna ziddir. Bu məqbul deyil. Bu səbəbdən belə bir narahatlığımız yoxdur. Belə səylər ola bilər. Belə istəklər ola bilər. Mən bunu istəmirəm. Bununla birlikdə, bütün məsələlər masada olmalıdır. Danışıqların mövzusu olan əsas prinsiplərdə son mərhələdə sülhməramlıların göndərilməsi nəzərə alınır. Bayaq qeyd etdiyim məsələlər əvvəlcə həll olunmalıdır. Torpaqların boşaldılması, qaçqınların öz torpaqlarına qayıtması, nəqliyyat məsələləri, sərhədlərin açılması, daha sonra ticarət və daha sonra sülhməramlıların gətirilməsi istisna deyil. Ancaq son 30 il ərzində danışıqlar prosesində müsbət bir nəticə əldə edə bilmədiyimizi nəzərə alsaq, bu mövzular heç vaxt müzakirə edilmədi.” deyə Prezident qeyd edib.

Son xəbərlər
Digər xəbərlər