11 C
Baku
Friday, October 25, 2024

Prezident iki icra başçılarının yerlərini dəyişdi – SƏRƏNCAM

Şabran Rayon və Siyəzən Rayonunun icra hakimlərinin yerləri dəyişdirilib .

Banker.az xəbər verir ki, bu barədə Prezident bu gün sənədi imzalayıb.

“Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”, – deyə sərəncamda deyilir.

Yeni sərəncama əsasən Novruzov Siyəzən Rayon İcra Hakimi təyin olunub.

Digər sərəncama əsasən, Şabran Rayon İcra Hakimiyyətinə isə bu günə qədər Siyəzən Rayonu İcra Hakimi işləyən Asif Həbib oğlu Hüseynov təyin edilib.

Asif HüseynovXatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Son xəbərlər
Digər xəbərlər