Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Banker.az Azərbaycan Prezidenti İlham Əliyevin 5 mart 2020-ci il tarixinə olan sərəncamına istinad edir.
M.Sadıqov 14 fevral 2013-dan bu rayonun icra hakimi idi.
Onun yerinə isə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.