11 C
Baku
Wednesday, December 11, 2024

Prezident icra başçısını vəzifəsindən azad etdi – sərəncam

Razim Məmmədovun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti bu gün sərəncam imzalayıb.

Bu barədə Banker.az-ın rəsmi mənbədən əldə etdiyi məlumatda deyilir.

“Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.” – deyə sərəncamda qeyd edilib.

Qeyd edək ki, R. Məmmədov Azərbaycan Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.  O bu vəzifədə İbrahim Mehdiyevi (ötən ilə kimi Yasamal Rayonu İcra başçısı kimi çalışan) əvəz etmişdi.

Son xəbərlər
Digər xəbərlər