Azərbaycan Respublikası Prezidentinin İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İctimai TV) maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Banker.az bu barədə Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir.
“2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640 (altı yüz qırx) min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın” -deyə, sərəncamda deyilir.
Bu da Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 1 mln. 088 min manat edir.