Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Banker.az bu barədə Prezidentin rəsmi saytına istinadən xəbər verir.
“Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.” -deyə sərəncamda qeyd edilir. V.Zeylanov 1963-cü ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2008-ci ilin iyun ayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə rəis təyin edilib. O, yeni təyinatadək bu vəzifədə çalışıb,
Digər sərəncamda isə, Asif Ağayevin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. Bildirək ki, A. Ağayev bundan öncə Şamaxı Rayonu İcra Hakimiyyəti başçısı idi.