15 C
Baku
Wednesday, April 24, 2024

Prezident İlham Əliyev bir neçə ali təhsil müəssisəsinin nizamnaməsini dəyişir – fərman

Azərbaycan Respublikası Prezidentinin “ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 8 iyul tarixli 211 nömrəli, “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 432 nömrəli və “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2017-ci il 21 fevral tarixli 1254 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin fərman imzalayıb.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364; 2019, № 2, maddə 221, № 3, maddə 402) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”nin 4.3-cü bəndinə “müqavilələr” sözündən sonra “, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697; 2019, № 3, maddə 402) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin 5.5-ci bəndinə “müqavilələr” sözündən sonra “, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 198; 2019, № 3, maddə 404) ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.3-cü bəndinə “müqavilələr” sözündən sonra “, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramı” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2019-cu il.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər