36 C
Baku
Wednesday, August 17, 2022

Prezident İlham Əliyev: “Biz dronları almağa davam edirik”

“Dronlara gəlincə, biz onları almağa davam edirik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “El Pais” qəzetinə müsahibəsində Ermənistanla müharibədə dronlardan istifadə olunmasına dair suala cavabında deyib.

“Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq”, – dövlət başçısı vurğulayıb.

Son xəbərlər
Oxşar xəbərlər