11 C
Baku
Friday, October 25, 2024

Prezident İlham Əliyev Davos forumunda çıxış edəcək

Azərbaycan prezidenti İlham Əliyev 22-25 yanvar tarixlərində İsveçrədə keçiriləcək Dünya İqtisadi Forumda (Davos) iştirak edəcək.
Banker.az Davos forumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın dövlət başçısı “Bir kəmər, bir yol” təşəbbüsünün tərəqqisi. Çinin milyard dollarlıq baxışı” sessiyasında çıxış edəcək.

Forumun gündəliyində “problemli borc riskləri”, “davamlı inkişaf imkanları” və “beynəlxalq ictimaiyyətlə” əməkdaşlıq kimi mövzular yer alacaq.

İ.Əliyevdən savayı, sessiyada Sinqapurun maliyyə naziri Hen Svi Kit və nüfuzlu Çin dairələrinin nümayəndələri – “China Global Television Network” (CGTN), “China Poly Group Corporation” və Ümumçin sənaye və ticarət federasiyası (ACFIC) rəhbərlərinin çıxışı gözlənilir.

Hər il keçirilən Davos forumunda dünyanın siyasi və işgüzar elitaların nümayəndələri,  o cümlədən, siyasi liderlər, biznesmenlər, qeyri-hökumət təşkilatları təmsilçiləri, elmi dairələr, tanınmış jurnalist və mədəni xadimlər bir araya gəlir. Növbəti ənənəvi görüş yanvarın 22-dən 25-nə kimi keçiriləcək və Dördüncü sənaye inqilabı dövründə qloballaşma və dəyişikliklərlə bağlı problemlərə həsr olunacaq.

©oxu.az

Son xəbərlər
Digər xəbərlər