Məmməd Əhəd oğlu Salmanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü AMEA-nın həqiqi üzvü M.Salmanovun sabah 90 yaşı tamam olur.