Azərbaycan prezidenti İlham Əliyev və Vyetnam prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər.
Dövlət başçıları forumda çıxış ediblər.
Biznes forumda Azərbaycandan və Vyetnamda rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
APA