15 C
Baku
Friday, November 15, 2024

Prezident İlham Əliyev: “Azərbaycanda güclü milli biznes sinfi yaranıb”

“Azərbaycanda güclü milli biznes sinfi yaranıb”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda sahibkarlara dəstək məqsədi ilə Sahibkarlara Kömək Milli Fondu yaradılıb və sahibkarlara kreditlər verilib: “İndi bir çpx ölkə bizim təcrübəmizdən istifadə edir. İnfrastruktur layihələri, biznesə göstərilən dəstək, sosial layihələr vahid Proqram çərçivəsində uğurla icra edilir. Bizim məqsədimiz müstəqilliyimizi gücləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Məqsədimiz odur ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Pensiya, müavinət və maaşların artırılması bu məqsədə xidmət edir”.

Prezident bildirib ki, 2003-cü ildən sonra 300-dən məktəb tikilib, təmir edilib: “10-dan çox teatr, 20 muzey təmir edilib, olimpiya idman komplekslər tikilir. Bu ilin büdcəsində də sosial infrastrukturun yaradılması üçün böyük vəsait nəzərdə tutulub”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq kosmik sənayeyə malikdir: “İki peykimiz var. Kosmik sənaye düzgün qurularsa, böyük gəlir mənbəyidir. Peyklərin yaradılmasına qoyulan vəsait artıqlaması ilə geri qayıdacaq”.

Son xəbərlər
Digər xəbərlər