14 C
Baku
Saturday, November 16, 2024

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklikləri təsdiq etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərə əsasən, Məcəllədə aşağıdakı məzmunda 13.2.58-ci maddə əlavə edilir:

“13.2.58. investisiya təşviqi sənədi – investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq verilən, bu Məcəllənin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (bu Məcəllənin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir.”.

Aşağıdakı məzmunda 67-2-ci maddə əlavə edilir:

“Maddə 67-2. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərdən və fərdi sahibkarlardan vergitutma

67-2.1. İnvestisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.

67-2.2. İnvestisiya təşviqi sənədini əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə investisiya təşviqi sənədinin alındığı tarixdən hesablanır.

67-2.3. İnvestisiya təşviqi sənədini almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə, həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparır və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri bu Məcəllə ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.”.

Aşağıdakı məzmunda 102.1.23-cü maddə əlavə edilir:

“102.1.23. investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi – 7 il müddətinə.”.

Aşağıdakı məzmunda 106.1.17-ci maddə əlavə edilir:

“106.1.17. investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi – 7 il müddətinə.”.

Aşağıdakı məzmunda 164.1.26-cı və 164.1.27-ci maddələr əlavə edilir:

“164.1.26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;

164.1.27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı – 2016-cı il yanvarın 1-dən 1 il müddətinə.”.

Aşağıdakı məzmunda 199.11-ci maddə əlavə edilir:

“199.11. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.”.

Aşağıdakı məzmunda 207.5-ci maddə əlavə edilir:

“207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.”.

Maddə 2. Bu Qanunun 1.5-ci maddəsinin ikinci abzası 2016-cı il yanvarın 1-dən tətbiq edilir.

Trend

Son xəbərlər
Digər xəbərlər