Prezident İlham Əliyev Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, – Azərbaycan Prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

Son xəbərlər
Digər xəbərlər