2 C
Baku
Saturday, December 14, 2024

Prezident İlham Əliyevdən Gəncə şəhəri ilə bağlı QƏRAR

Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib.

Bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Hacıkənd bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Hacıkənd və Göygöl qəsəbələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər