13 C
Baku
Friday, November 22, 2024

Prezident İlham Əliyev: Beynəlxalq münasibətlərdə sanksiya siyasətinə yer yoxdur

Beynəlxalq münasibətlərdə sanksiya siyasətinə yer yoxdur.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” kanalına Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı suala cavab verərkən bildirib.

“Xüsusilə də bu sanksiyalar qanunsuz olduqda və tamamilə əsassız və seçici şəkildə tətbiq edildikdə. Buna görə də biz hər cür sanksiyaya qəti şəkildə qarşıyıq və hesab edirik ki, beynəlxalq ictimaiyyət öz mövqeyini müştərək şəkildə ifadə etməlidir”, – dövlət başçısı vurğulayıb.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan bununla bağlı öz mövqeyini açıqlayıb.

“Bizə 1992-ci ildə ərazilərimiz erməni işğalı altında olduğu halda Ermənistanı blokadaya aldığımız barədə uydurma ittihamla sanksiyalar tətbiq edilmişdi”, – deyə Prezident qeyd edib və əlavə edib ki, sanksiyalar 2001-ci ildə Birləşmiş Ştatların öz yüklərini Azərbaycan ərazisindən hava, quru və dəniz yolu ilə Əfqanıstana daşımaq lazım olduğu zaman ləğv edilib.

“Hər il Birləşmiş Ştatların Prezidenti, partiya mənsubiyyətindən asılı olmayaraq, bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. ABŞ Əfqanıstandan qaçanadək. Onları nankorluqda günahlandıranda hesab edirəm ki, bu, sözügedən kontekstdə istifadə edilə biləcək ən sərt söz deyil”, – ölkə lideri söyləyib.

Son xəbərlər
Digər xəbərlər