10 C
Baku
Thursday, December 12, 2024

Prezident İlham Əliyev: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanları genişləndiriləcək

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanlarını genişləndirəcəyik.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

Müraciətdə bildirilib ki, indiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb.

Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək.

 

Son xəbərlər
Digər xəbərlər