2 C
Baku
Thursday, January 22, 2026

Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub.

Banker.az xəbər verir ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır.

Qeyd edək ki, o vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Kəndin ərazisində ümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.

Dövlətimizin başçısı kəndə köçmüş Barat Novruzovun evinə baş çəkib, ailə üzvləri ilə söhbət edib.

68c7b7ab1b83668c7b7ab1b837175791914668c7b7ab1b83368c7b7ab1b835 68c7b7ab05ec868c7b7ab05ec9175791914668c7b7ab05ec568c7b7ab05ec7

68c7b7aaf053768c7b7aaf0538175791914668c7b7aaf053568c7b7aaf0536 1 68c7b7ab0ee8168c7b7ab0ee82175791914668c7b7ab0ee7e68c7b7ab0ee80 68c7b7ab1b83668c7b7ab1b837175791914668c7b7ab1b83368c7b7ab1b835 1  68c7b7ab26aec68c7b7ab26aed175791914668c7b7ab26aea68c7b7ab26aeb

Son xəbərlər
Digər xəbərlər