30 C
Baku
Tuesday, July 15, 2025

Prezident “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanda dəyişiklik edib

Prezident İlham Əliyev “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Banker.az xəbər verir ki, fərmanla “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli fərmanının 2-ci hissəsinə “Agentliyi” sözündən sonra “hökumət, xüsusi dövlət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitəsinin,” sözləri əlavə edilib və həmin hissədən “xüsusi dövlət rabitəsinin,” sözləri çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər