11 C
Baku
Monday, November 25, 2024

Prezident iqtisadi təzyiqlərin Azərbaycana heç bir səmərəsinin olmadığını deyir

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün işğaldan azad olunmuş Ağdamda bir sıra önəmli açıqlamaları ilə diqqət çəkib. Prezident çıxışının bir hissəsində Azərbaycanın iqtisadi cəhətdən azad olduğunu və bunun da müharibədə qələbəmiz üçün önəmli rolunu qeyd edib.

“Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik”.

Prezident çıxışında qeyd edir ki, asılı olsaydıq [iqtisadi], bizə təzyiqlər edilə bilərdi.

“Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır”.

Banker.az xatırladır ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyannaməsinə görə, Ağdam 20 noyabrdan, Kəlbəcər 25 noyabrdan və Laçın isə 1 dekabra qədər Azərbaycana qaytarılmalıdır.

Son xəbərlər
Digər xəbərlər