21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Prezident İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verdi

Screen Shot 2021 09 02 at 14.34.20

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Banker.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərman “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 28 dekabr tarixli 1424-VQD nömrəli qanunun icrası ilə əlaqədar imzalanıb.

Qərara alınıb ki, Prezidentin 2012-ci il 6 iyul tarixli 668 nömrəli fərmanının 2.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

Həmin qanunun 16.3-cü maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Bundan əvvəlki variantda isə həmin Qanunun 16.3-cü maddəsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini nəzarət markalarının qeyri-qanuni yayılmasının qarşısının alınması və vergi nəzarəti zamanı Vergi Məcəlləsinin tələblərinin pozulması ilə bağlı məsələlərə münasibətdə Vergilər Nazirliyi həyata keçirirdi.

Bildirək ki, Vergilər Nazirliyi ləğv edilib, əvəzində Dövlət Vergi Xidməti yaradılıb. Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindədir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər