“Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:
IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
– birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.” -deyə Sərəncamda deyilir.