17.5 C
Baku
Thursday, May 15, 2025

Prezident İslam Həmrəyliyi Oyunları ilə bağlı SƏRƏNCAM imzaladı

“Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

– birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

– ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

– üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.” -deyə Sərəncamda deyilir.

Son xəbərlər
Digər xəbərlər