18 C
Baku
Monday, April 29, 2024

Prezident köməkçisi: 190 manat hesabına oturub, istifadə etmir – deməli bu adamın vəsaitə ehtiyacı olmayıb

“190 manat almış müəyyən sayda şəxs 1 ay müddətində həmin vəsaitdən istifadə etməyib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

“Bizdə belə məlumatlar var ki, 190 manat məbləğində birdəfəlik ödəmə verilmiş müəyyən sayda şəxs bir ay müddətində həmin vəsaitdən istifadə etməyiblər. Bu, insanlara birdəfəlik yardım üçün verilib və həmin vəsait kartdan çıxarılmayıbsa, deməli, həmin şəxslərin bu vəsaitə ehtiyacları olmayıb. Əgər insan obyektiv səbəbdən, məsələn, xəstəlikdən o vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər”. – deyə Şahmar Mövsümov bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər