26 C
Baku
Wednesday, April 24, 2024

Prezident kredit faizləri ilə bağlı QƏRAR verdi

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.

Banker.az xəbər verir ki, bununla əlaqədar dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 18 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Yeni fərmana əsasən, sahibkarlıq subyektlərinə verilən 500 milyon manat kredit portfeli 450 milyon manata qədər hissəsi dövlət zəmanəti ilə təmin ediləcək.

Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında veriləcək.

Nazirlər Kabineti “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsini altı ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi “Dövlət borcu haqqında” qaunun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməli, faiz subsidiyasının verilməsi üçün tələb olunan vəsaitin 2023-cü ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin, habelə həmin vəsaitin növbəti illərin dövlət büdcəsində nəzərdə tutulması məqsədilə tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi “Elektron kredit və zəmanət” informasiya sisteminin yaradılmasını “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla altı ay müddətində təmin etməli, həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün lazımi tədbirlər görməlidir.

Azərbaycan Biznesinin İnkişafı Fondu “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günə qədər Qaydadan irəli gələn səlahiyyətləri Sahibkarlığın İnkişafı Fondu tərəfindən həyata keçirməlidir.

Qaydanın müddəaları işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasına şamil edilmir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər