12 C
Baku
Thursday, March 28, 2024

Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinə əlavə 45 mln. manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev, cümə axşamı imzaladığı sərəncama görə, Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlərlə bağlı vəsait ayrılıb.

Bu barədə Banker.az-a məlumat Prezidentin rəsmi səhifəsindən məlumat daxil olub.

“Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45,0 (qırx beş) milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılsın”, deyə sərəncamda deyilir.

Son xəbərlər
Digər xəbərlər