Prezident Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sadıq Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imalayıb. Bu barədə Prezidentin rəsmi saytında deyilir.

“Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.” – deyə sənəddə qeyd edilir.

Xatırladaq ki, Dövlət başçısının sərəncamı ilə 2016-cı ildə S.Sadıqov MİDA-nın direktorunun müavini təyin edilmişdi. Bundan öncə isə o “Azərişıq” ASC-də sədr müavini idi.