13 C
Baku
Sunday, September 29, 2024

Prezident Məhəbbət Vəliyevanı Fondun Müşahidə Şurasının üzvü təyin etdi

Prezident “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama görə, yeni üzvlər kimi, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məcidova Məryəm, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Orucov Seymur,  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Vəliyev Seymur Aydın oğlu və  “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini Ağabəyli Murad Asif oğlu təyin olunublar.

HAZIRDA SİYAHI BELƏDİR:

“Müşahidə Şurasının sədri

  • Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

  • Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
  • Vəliyeva Məhəbbət Məhərrəm qızı – Azərbaycan Respublikası təhsil nazirinin müavini
  • Bayramov Rafiq Yasin oğlu – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
  • Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
  • Məcidova Məryəm Teymur qızı – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
  • Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
  • Vəliyev Seymur Aydın oğlu – “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri
  • Ağabəyli Murad Asif oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini.”.

 

http://kinodizi.com/

Son xəbərlər
Digər xəbərlər