Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əməkhaqlarının artırılması haqqında müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında, mədəniyyət, gənclər və idman, səhiyyə, sosial təminat, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqları fevralın 1-dən orta hesabla 10 faiz artırılır.







