“Manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdi ki, manat bir az ucuzlaşsın”.
Bunu prezident İlham Əliyev Mingəçevirdə məcburi köçkünlərlə görüş zamanı deyib.
Prezident bildirib ki, manatın ucuzlaşacağı barədə yanvar ayında regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda açıq şəkildə öz fikrimi bildirmişdim ki, insanlar bunu bilsinlər və buna hazır olsunlar.
“Heç kəs üçün bu sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu iqtisadiyyatımıza mənfi təsir göstərir. Regionda baş verən hadisələr, dünyada neftin qiymətinin aşağı düşməsi mənfi nəticələrə gətirib çıxarır. Bu birinci bir siqnal idi. Ondan sonra Mərkəzi Bank açıqlama vermişdi ki, tədricən, ilin sonunadək manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda bu vəziyyətdən bəzi spekulyatnlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində manat əvvəlki səviyyəyə enmişdir. İslahat başlayanda 1 manat 1 dollar idisə, indi də 1 manat 1 dollara bərabərdir”, – deyə, prezident bildirib.
[su_youtube url=”https://www.youtube.com/watch?v=nKuzRcwQZFs”]
ANSPRESS