Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əməkdaşı Tural Feyzullayev “Tərəqqi” medalı ilə təltif olunub.
Banker.az bildirir ki, bu barədə MBNP-nin məlumatında deyilir.
T. Feyzullayev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə bu ali mükafata layiq görülüb.
“Bu bütünlükdə Palata ailəsinə verilən dəyərdir. Cənab Prezidentə əməyə verdiyi xüsusi diqqətə görə təşəkkür edirik!” -deyə MBNP-dən deyilir.